Əsas səhifə Haqqımızda

UNİKAL ALPAKA FERMASI AZƏRBAYCANDA

Azərbaycanda eko-turizmin tərəfdarları üçün daha bir maraqlı istiqamət – alpaka fermasına səyahət!

Alpaka fermamız Şamaxı rayonunun Meysəri üzümlükləri yaxınlığında, mənzərəli dağların və yaşıl otlaqların arasında yerləşir.

Fermanın tikintisi üçün Şamaxı rayonu təsadüfən seçilməyib. Bu rayonun böyük hissəsi istirahər zonasıdır. Şamaxı dağ meşələri ilə, bulaqlar və çəmənlərlə zəngindir, mülayim rütubət zonasında yerləşir, və bu alpakaların rahat yaşayışı üçün mükəmməldir.

Fermada müxtəlif attraksionları olan xüsusi uşaq meydançası təchiz edilib, buna görə də fermaya səyahət ailənin bütün üzvləri üçün əyləncəli olacaq.

Bundan başqa, fermanın ərazisində əl işi olan kuklaların, dəftərxana mallarının, kiçik gübrə torbalarının, firma merçlərinin (futbolkalar, xudilər, kepkalar və s.) satişi ilə məşğul olan hədiyyə dükanları da olacaq.

Ən azı iki nəfərdən ibarət qruplar üçün tematik turlar planlaşdırılır. 

Ekskursiyadan sonra bütün qonaqlara ziyarət haqqında sertifikatlar veriləcək. Bundan başqa, arzu edənlər qeyri-adi hədiyyə əldə edə bilərlər – fermaya səyahət üçün hədiyyə sertifikatı. Məlum olduğu kimi, ən yaxşı hədiyyə təəssüratlardır, bizim fermamıza səyahət isə unudulmaz macəradır!