Əsas səhifə Bitkilər üçün gübrə

Alpaka peyini əsasında gübrə

Alpaka qiymətli yundan başqa, həm də bazarda olan ən yaxşı gübrələrdən birini verir. Alpakanın yaşayış yeri And dağlarıdır. O yerlərin sərt iqlimi və  yem tapmaq imkanlarının məhdud olması bu heyvanlarda effektiv həzm sistemini inkişaf etdirib. Alpaka, digər dəvələr nümayəndələri kimi, yemi böyük buynuzlu mal-qaradan, qoyunlardan, keçilərdən çox daha effektiv həzm edir. Onlar bədənlərinin metabolik vahidinə görə qoyunlardan 20%-dən 40%  qədər daha az yem istifadə edir. Birinci növbədə bu alpakaların birinci mədə bölməsində daha çox tüpürcək istehsal olunması ilə bağlıdır.

Orada pH rəqəmləri neytrala daha yaxındır və bu bitkilərin liflərinin həzmi üçün cavabdeh olan mikroorqanizmlər üçün əlverişli mühit yaradır. Qida mədənin ikinci bölməsində daha uzun müddət qalır, bu da mikroblara daha çox lif emal etmək üçün imkan yaradır.

Alpaka peyini

Alpakalar çox effektiv həzm sisteminə malikdir. Onların peyinində olan orqanik maddələrin miqdarı başqa kənd təsərrüfatı heyvanlarının peyinində olan orqanik maddələrin miqdadarından daha aşağıdır. Bu bitkiləri yandırmayıb, gübrədən dərhal təhlükəsiz istifadə etmək imkanını verir.

 

Alpakaların peyinində olan azotun, fosforun və kalsiumun nisbəti   həmçinin daha yuxarıdır, orqanikanın olmaması isə bitkilərə zərər vura biləcək peyinin "yanmaq" şansını aradan götürür. Bundan başqa, bu torpağın keyfiyyətini və rütubətin saxlanması xüsusiyyətlərini yaxşılaşdırır.