Əsas səhifə Xəbərlər ALPAKA TERAPIYA

ALPAKA TERAPIYA

Alpakalar insanların yaxşı hiss etdiyi xüsusi sakitlik aurasını ətrafa yayır. Onlar öz həssas təbiətiylə geniş tanınır. Təəccübləndirici deyil ki, hətta "alpaka terapiya" adlı xüsusi terapiya növü də var.

İlk dəfə terapiya üçün alpakalardan ABŞ-da istifadə etməyə başlayıblar. Oreqon ştatında "Mountain Peaks Therapy Llamas & Alpacas" adlı qeyri-adi terapiya mərkəzi mövcuddur. Qeyri-adiliyinin səbəbi elə adından bilinir – burada lamalar və alpakalar ilə işləyirlər. Alpakaları qocalar evinə, məhdudlaşdırılmış imkanları olan şəxslər üçün xüsusi məktəblərə, reabilitasiya mərkəzlərinə və bir çox başqa yerlərə aparırlar. Beləliklə, onlarla kiçikdən böyüyə kimi hamı əlaqədə ola bilər.

Biz də dünya təcrübəsindən yararlanaraq, Şamaxıda olan fermamızda alpaka terapiyadan istifadə etməyi planlaşdırırıq. Bu sevimli, yumşaq heyvanlar hamının əhvalını qaldıracaq, stres və sıxıntıdan azad edəcək. Əgər siz gündəlik gərginlikdən yorulmusunuzsa, təcili fermamızı ziyarət edin – alpakanı qucaqlayan kimi, pis əhval-ruhiyyəniz və yorğunluğunuz unudulacaq!

Alpakalar cazibədar zahiri görünüşüylə seçilir: onları görən kimi uzun, yumşaq tiftikli boyunlarına sarılmaq istəyəcəksiniz. Onlar çox yetikdirlər, dişləmirlər və qonaqlardan məmnuniyyətlə yem qəbul edirlər. Bizim mehriban alpakalarımızla ünsiyyət əhvalı qaldırır və unudulmaz təəssüratlar bağışlayır, – onları həm böyüklər, həm uşaqlar sevir.

Alpakalar ənənəvi anlamda ev heyvanı deyil, onlar əsl dağ heyvanlarıdır, amma təbiətlərinə görə hər şey ilə çox maraqlanırlar, iy duyğusundan fəal istifadə edirlər, mülayim, sülhsevər xasiyyətə malikdirlər. Bundan başqa onlar bir-biri ilə "qaçdı-tutdu" və başqa oyunları çox məzəli oynayırlar. Onları müşahidə etmək eko-fermanın həm böyük, həm kiçik qonaqlarına həzz verir və onlar alpakalara ilk baxışdan vurulurlar.

İnsanlar alpakaları öpür, alpakalar da onları öpüb, mehribanlıq edir. Uşaqlar heyvanlarla oynayır, böyüklər onları yedirirlər və sığallayır. Bundan əla terapiya ola bilərmi?

Mar 19, 2021