Əsas səhifə Bizi ziyarət edin

Bizi ziyarət edin

ALPAKALAR İLƏ ÜNSİYYƏT

Fikrimizcə, alpakalar kainatın ən şirin varlıqlarıdır. Cazıbədar, sözəbaxan və yumşaq alpakalar bütün dünyada ev heyvanları kimi yüksək qiymətləndirilib. Bizim fermada vəhşi alpakalar yoxdur. Onlar çox ünsiyyətcil və çox ağıllıdırlar. Alpakalar zərif və yetik, məzəli və mehriban heyvanlardır. Onlarla ünsiyyət sizi dincəldəcək, gündəlik stressdən azad edib, rahatlıq bəxş edəcək.

Təbiətin qoynunda istirahət

Əzəmətli dağlar, göz yaşı kimi duru çaylar və yaşıllığı ilə heyrətləndirən mənzərələr. Bizim fermamızda istirahət qonaqlara şirin alpakalar ilə ünsiyyətdən başqa, həm də ilin istənilən vaxtı ovsunlayan Şamaxı rayonunun rövnəqli mənzərələrindən həzz almaq imkanını yaradır.

Unudulmaz anlar

Alpaka fermasına səfər hər detalın əhəmiyyətli olan və hər anı unudulmaz xatirəyə çevirən, gözlənilməz kəşflər və təəssüratlar dünyasına dəvətdir.

ALPAKALARLA SƏYAHƏTƏ YOLLANIN!

Alpaka lamaların və dəvələrin qohumu olan şirin, plüş heyvanlardır. Onlar Cənubi Amerika dağlarında, əsasən Peruda yaşayırlar. Lakin alpakalar ilə tanış olmaq üçün dünyanın o başına uçmaq vacib deyil. Sizi Şamaxıda Meysəri üzümlükləri yaxınlığında yerləşən alpaka fermasına dəvət edirik.

Ekskursiyada zamanı siz nəyinki böyük alpaka ailəsiylə tanış olmayacaqsınız, həm də onları yedizdirib, daha yaxından ünsiyyət qura biləcəksiniz. Və əlbəttə, çoxlu şəkil, o cümlədən, Ləmanla, Kişmişlə, Ulduzla və Mehri ilə selfi çəkdirə biləcəksiniz. Onların kim olduğu maraqlıdır? Onda dərhal ekskursiyaya yazılın!

Ekskursiyanın sonunda sizə suvenirlər və sertifikat hədiyyə edəcəyik.

Turun qiymətinə daxildir: proqram üzrə ekskursiya xidməti, bələdçi xidmətləri, heyvanların yedirdilməsi (yem turun qiymətinə daxildir).